RU

Liverpul Salahın əvəzləyicisini Fransada tapdı: 50 milyonluq hədəf

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Məhəmməd Salahın müqaviləsinin başa çatması və azad agent kimi komandadan ayrılacağı gözlənilən bir vaxtda, "Liverpul" onun yerini doldurmaq üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, "L'EQUIPE" nəşrinin yazdığına görə, "mersisaydlılar" "Monako"nun hücumçusu Maqnes Akliuş ilə yaxından maraqlanırlar.

22 yaşlı sağ vingerin transferi üçün təxminən 50 milyon avro məbləğində təzminat müzakirə edilir və "Liverpul"un bu rəqəmi ödəməyə hazır olduğu bildirilir.

Akliuş Salahın birbaşa əvəzləyicisi kimi komandanın hücum xəttinə yeni nəfəs gətirə biləcək əsas namizədlərdən biri hesab olunur.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
1
fanat.az

2Источники