RU

Putinin məşhur avtomobili sultanın sarayında

Malayziyanın ali hökmdarı Sultan İbrahim Rusiya istehsalı olan “Aurus Senat” limuzini alıb.

Musavat.com xəbər verir ki, bu barədə Malayziya mediasında məlumat yayılıb.

Məlumata görə, “Aurus Senat” Kremlin rəsmi avtomobili kimi tanınır və Rusiya prezidenti Vladimir Putinin istifadə etdiyi avtomobil modeli ilə eyni seriyaya daxildir. Avtomobil yüksək təhlükəsizlik sistemi, zirehli versiyası və lüks interyeri ilə diqqət çəkir.

Malayziya mediası yazır ki, Sultan İbrahimin yeni limuzini artıq ictimaiyyətin marağına səbəb olub. Bununla yanaşı, avtomobilin texniki xüsusiyyətləri və qiyməti barədə rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, “Aurus” markası son illərdə müxtəlif ölkələrin yüksək vəzifəli şəxsləri və kral ailələri arasında populyarlıq qazanmağa başlayıb.

Musavat.com

Избранный
42
3
musavat.com

4Источники