RU

Bugünkü Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır - İsrafil Kərimovun yazısı

Azərbaycan 2024-cü ilə böyük uğurlarla qədəm qoydu. Ötən 2023-cü ilAzərbaycanın tarixinə növbəti uğurlu dövr kimi həkk olundu. Ötən ilrespublikamızda iqtisadi və sosial sferada mühüm nailiyyətlər əldə edildi.ən başçığası isə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi, Prezident,Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Ağdərə,Əskəran və Xocavənddə Azərbaycanın Dövlət Bayrağı ucaltdı.Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinyerli televiziya kanallarına müsahibəsində jurnalistlərin ötən müddətdəAzərbaycanda iqtisadi, sosial sahələrdə görülən işlərə, növbədənkənarPrezident seçkilərinə, Azərbaycan ilə Ermənistan arasındakımünasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurmaişlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarınıcavablandırıb.Yerli televiziya kanallarına müsahibəsinin əvvəlində Prezident İlhamƏliyev bu il fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərinişərtləndirən əsas amilləri açıqlayıb. Dövlət başçısı bunun, ilk növbədə,sentyabr hadisələrindən sonra yeni dövrün başlanğıcı ilə əlaqədarolduğunu bildirib. O qeyd edib ki, ikinci səbəb müstəqil həyatımızdaərazilərimizin hər bir yerində keçiriləcək birinci seçkilərin məhz prezidentseçkilərinin olmasının vacibliyidir.Ölkə başçısı digər səbəbi isə bu cür izah edib: “Mənim Prezident kimifəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekunkimi qəbul etməliyik. 20 ildən sonra yenidən prezident seçkilərininkeçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur”.Qeyd edilib ki, son 20 ilin tarixi göz qabağındadır və əsas məsələondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. CənabPrezidentin də bildirdiyi kimi müstəqil tariximizin ən həlledici məqamı məhz2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşmatam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgərtarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansıbəlalar, faciələrlə üzləşə bilərdi.Ötən ilin uğur və qləbələrindən danışam Prezident İlham Əliyev bildiribki, “Xocalıda Bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklədeyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xankəndidə isəBayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsiidi”. Bunların tarixi anlar olduğunu bildirən dövlətimizin başçısı qeyd edib:“Biz hamımız xoşbəxtik ki, bu dövrdə yaşayırıq, bu dövrün şahidləriyik, buböyük Zəfərin əldə olunmasında iştirak etmişik”. Xalqımızın bütüntəbəqələrinin öz işi ilə bu Qələbəni yaxınlaşdırdığını söyləyən Prezidentvurğulayıb ki, bu, ümummilli bir məsələyə, ümummilli hərəkata çevrildi və30 il ərzində bu mövzu unudulmadı.Cənab Prezident bu fikri səsləndirib ki, ədalət zəfər çalıb, biz öz haqqişimizi yekunlaşdırmışıq və ədaləti özümüz bərpa etmişik. Halbuki, əfsuslarolsun ki, beynəlxalq aləmin əsas oyunçuları bizim bu fikrimizə şərikolmadılar. Əksinə, bizi ittiham etməyə çalışdılar, bizə qarşı müxtəlif təzyiqmexanizmlərini işə salmağa çalışdılar”, - deyən dövlətimizin başçısı bildiribki, biz bu ədaləti, eyni zamanda, beynəlxalq müstəvidə siyasi və diplomatiksavaş apararaq əldə etmişik. Ona görə bizim Zəfərimizin əhəmiyyəti dahaönəmlidir.“İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedənproseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, sonnidası idi”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, bu gün biz 2024-cü iləsuverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq.Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclüölkələr sırasındadır. Bu gün ölkə qarşısında duran yeni vəzifələrin yenidövrün vəzifələri olduğunu diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib:“Biz əsas vəzifəni bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizinsuverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumikontekstdən çıxarıla bilməz”.Ötən il keçirilən lokal Antiterror əməliyyatına toxunan ölkə başçısıbildirib ki, bu əməliyyat çox uğurla, peşəkarlıqla keçirilib və hərbçilərimizböyük qəhrəmanlıq göstəriblər. Dövlətimizin başçısı qeyd edib: “Biznəzərdə tutduğumuz bütün mövqelərə çıxdıq, bütün kommunikasiyalarasahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslimolmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar, məhv olacaqdılar.Başqa variant ola bilməzdi”.Son vaxtlardakı bütün çıxışlarında olduğu kimi Prezident İlham Əliyevişğaldan azad edilən torparlarda aparılan quruğuluq işlərinə də geniş yerverib. Qeyd edilib ki, Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləriartıq dirçəlir. Bu il həmin yaşayış məntəqələrinə keçmiş köçkünlərinqaytarılması davam ediləcək. Bu ilin İnvestisiya Proqramının artıq bir neçədəfə müzakirədən keçdiyini, yaxın günlərdə təsdiqlənəcəyini söyləyəndövlətimizin başçısı diqqətə çatdırıb: “Bu il Qarabağ, Şərqi Zəngəzurdainfrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bu, nəhənglayihələrdir”.Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur layihələriimkan verir ki, bu il daha böyük sayda keçmiş köçkünlər öz dədə-babatorpaqlarına qayıdacaq və onların bu il qaytarılacaqları şəhərlər arasındabeş şəhər - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı şəhərləri olacaqdır.Həmçinin keçmiş məcburi köçkünlərin Ağdam, Zəngilan, Qubadlışəhərlərinə 2025-ci ildə qayıtması nəzərdə tutulub.Bu ərazilərdə həyata keçirilən işlər çərçivəsində yaxın gələcəkdəFüzulidəki Köndələnçay Su Anbarı istismara veriləcək. Zabuxçay SuAnbarının inşası bu il tamamlanacaq və bu da böyük ərazini suvarma suyuilə təmin etməyə imkan verəcəkdir. Həmçinin özəl sektor tərəfindən artıqHadrut qəsəbəsində, Daşaltı kəndində və Ağdam şəhərində bir neçə layihəicra edilir.İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvüdia-az.info

Избранный
416
50
dia-az.net

10Источники