RU

Ədalətli hakimlik olsaydı, onlar zirvədə olmazdı

“Mançester Yunayted”in əfsanəvi keçmiş qapıçısı Peter Şmeyxel hakimlərin “Arsenal”a həddindən artıq sərbəstlik verdiyini düşünür.

“Topçular”ın rəqibləri tez-tez qapıçıların künc zərbələrində bloklanmasından şikayətlənirlər ki, bu da Mikel Artetanın komandasının “əlinə oynayır”.

Publika.az xəbər verir ki, məşhur danimarkalı da bu şikayətlərə qoşulub. Şmeyxel “Viaplay”da danışarkən bildirib:

“Arsenal” bütün mövsüm ərzində rəqib qapıçıları bloklayıb. Əgər belə qolları hesaba almasaydılar, heç vaxt zirvədə olmazdılar. Bu, tamamilə ədalətsizdir. Bu, məni əsəbiləşdirir”.

Избранный
60
publika.az

1Источники