Bakı, 12 may, AZƏRTAC
Fransada Luvr muzeyində terror aktı planlaşdırmaqda şübhəli bilinən Tunis vətəndaşı saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.
Məlumata görə, Tunisdən olan 27 yaşlı qanunsuz miqrant mayın 7-də saxlanılıb. Mayın 11-i axşamı ona rəsmi ittiham irəli sürülərək barəsində həbs qətimkan tədbiri seçilib.
Bildirilir ki, şübhəli şəxs Fransanı tərk edərək İŞİD sıralarına qoşulmağı planlaşdırıb.
Fransa hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaları davam etdirir.