RU

9 nəfərdə hantavirus aşkarlanıb ÜST həyəcan təbili çaldı...

Sia Az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Hantavirus barədə yeni məlumat açıqlanıb. Məlum olub ki, "MV Hondius" kruiz gəmisi ilə bağlı vəziyyətlə əlaqədar olaraq indiyə qədər Andes hantavirus infeksiyasının doqquz halı təsdiqlənib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Epidemiologiya və Cavab Analitikası şöbəsinin müdiri Olivye Le Polie bildirib.

"Bu günə qədər xəstəliyin doqquz halı qeydə alınıb, onlardan yeddisi laboratoriyada təsdiqlənib və üçü ölümcül olub", - deyə o, bildirib.

Qeyd edək ki, Hantavirus kardiopulmoner sindromu ölüm nisbəti 50 faizə qədər olan tənəffüs yolu xəstəliyidir. Ürəyə və ağciyərlərə təsir edir və sürətlə irəliləyir. Təxminən 20 növ hantavirus səbəb olur. Şimali və Cənubi Amerikada rast gəlinir.

Mətləb

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
13
sia.az

10Источники