RU

"WSJ": BƏƏ İran ərazisinə hava zərbələri endirmiş ola bilər

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran ərazisinə bir neçə zərbə endirmiş ola bilər.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Onlar bildiriblər ki, Əbu-Dabi hücumlarına Lavan adasındakı neft emalı zavoduna hücum da daxil ola bilər.

Nəşr yazır ki, bu hücum ABŞ və İran arasında atəşkəs rejiminin elan edildiyi vaxt baş versə də, Əbu-Dabinin münaqişəyə girməsini gizlicə alqışlayan Vaşinqtonun mənfi reaksiyasına səbəb olmayıb.

Qəzet qeyd edir ki, münaqişənin başlanğıcından bəri BƏƏ İranla qarşıdurmanın tərəfdarı olmaqda və ABŞ ilə sıx hərbi əməkdaşlığı qorumaqda digər Körfəz ölkələrinə nisbətən daha fəal olub.

Избранный
75
far.az

1Источники