RU

Yer kürəsini XXI əsrin ən güclü iqlim hadisəsi gözləyir

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İqlimşünas alimlər yaxın aylarda Yer kürəsinin XXI əsrin ən güclü "El-Ninyo" hadisəsi ilə qarşılaşacağını istisna etmirlər.Bizim.Media xəbər verir ki, bu barədə "New-Science.ru" portalı məlumat yayıb.

 

Materialda qeyd olunur: "Alimlər qorxurlar ki, söhbət planetin müxtəlif bölgələrində rekord isti dalğalarına, irimiqyaslı daşqınlara və ciddi hava anomaliyalarına səbəb ola biləcək 'Super El-Ninyo'dan gedir".

Alimlərin məlumatına görə, 70 faiz ehtimalla "El-Ninyo" artıq iyun ayına qədər geri dönəcək və meteoroloji müşahidələr tarixinin ən intensiv hadisələrindən biri ola bilər. Qeyd olunur ki, adətən bu təbiət hadisəsi Avstraliya, Afrika, Hindistan və Latın Amerikasının bir sıra bölgələrində temperaturun kəskin yüksəlməsinə səbəb olur."El-Ninyo Sakit okeanın ekvatorial hissəsində səth sularının isinməsi nəticəsində inkişaf edir. Bu isə istiliyin şərqə doğru yerdəyişməsinə və atmosferdə yenidən paylanmasına səbəb olaraq alışılmış iqlim rejimlərini dəyişir", – deyə nəşrdə dəqiqləşdirilir.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
34
1
bizim.media

2Источники