RU

Fövqəladə hallar naziri yanğının baş verdiyi əraziyə gəlib - FOTO/VİDEO - YENİLƏNİB

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Ölkə.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.

***

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Ölkə.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda hadisə yerindədir.

***

Lökbatan qəsəbəsində yerləşən “Bakı Logistika”ya məxsus anbarda baş verən yanğınla mübarizə davam edir. Əraziyə cəlb olunmuş qüvvələr yanğını söndürmək üçün lazımı tədbirlər görür.

Əraziyə cəlb olunmuş qüvvələr yanğınla mübarizəni davam etdirir. Yanğının söndürülməsinə FHN-in helikopteri cəlb olunub.

İlkin məlumata görə hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur.

****

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Ölkə.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Избранный
11
17
olke.az

10Источники