RU

Rusiya Xarici İşlər Nazirliyi Ermənistana xəbərdarlıq edib

“Ermənistanın sözdə Avropa yolu ilə irəliləməsi müəyyən bir məqamda Rusiya-Ermənistan münasibətlərində sistemli dəyişikliklərə səbəb ola bilər".

Missiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin deyib.

Onun sözlərinə görə, Avropa Birliyi ölkənin suverenliyini təşkil edən təhlükəsizliyin, iqtisadi sabitliyin, rifahın və çiçəklənmənin təmin edilməsi üçün alətlər baxımından heç bir aydın alternativ təklif etmir.

“Və bu başa düşüləndir, Brüsselin marağı Ermənistana və ya Cənubi Qafqaz ölkələrinə qayğı göstərməkdə deyil, ilk növbədə, bu gün Rusiya ilə qarşıdurmaya yönəlmiş öz geosiyasi məqsədlərini həll etməkdədir", - deyə Kaluqin bildirib.

Daşqın Həsənov

Missiya.Az

Избранный
43
missiya.az

1Источники