RU

Lökbatanda anbardakı yanğın nəzarətə götürüldü -

Lökbatan qəsəbəsindəki anbarda yanğının geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.09:25


Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.

Избранный
21
9
metbuat.az

10Источники