Yazını böyüt
Yazını kiçilt
Sabirabad rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanların kimliyi məlum olub.
Hafta.az xəbər verir ki, hadisə zamanı İbrahim Qurbanov ölüb, xəsarət alan 7 nəfər - 1996-cı il təvəllüdlü Camal Camalzadə, 1990-cı il təvəllüdlü Xalidə Əhmədova, 1960-cı il təvəllüdlü Zərbuta Abbasova, 2000-ci il təvəllüdlü Bəxtiyar Ələsgərov, 1970-ci il təvəllüdlü Arifə Allahverdiyeva, 1975-ci il təvəllüdlü Emin Xudiyev, 1964-cü il təvəllüdlü Mürvət Turabov xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.