RU

Rəis müavini: 190 nəfər şəxsi heyət və 40 a yaxın texnika Lökbatanda yanğın yerinə cəlb olunub

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 12 may, AZƏRTAC

Qaradağ rayonunun Lökbatan qəsəbəsində anbarda yanğının baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” Qaynar xəttinə məlumat daxil olub. Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Xilasetmə Xidmətinin, eləcə də Bakı Regional Mərkəzinin şəxsi heyəti cəlb olunub. Yanğının anbar ərazisində baş verməsi, hava şəraitinin küləkli olması və mürəkkəbliyi nəzərə alınaraq yanğın yerinə əlavə qüvvələr cəlb olunub. Ümumilikdə, 190 nəfər şəxsi heyət, 40-a yaxın müxtəlif təyinatlı xilasetmə yanğın texnikaları hadisə yerinə cəlb edilib

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev deyib.

O bildirib ki, eyni zamanda, iki ədəd heliokopter yanğının söndürülməsi prosesində iştirak edir: “Hazırda yanğının söndürülməsi işləri davam etdirilir. Yanğın yerinə bitişik olan digər anbar yanğından tam olaraq mühafizə edilib. Hazırda yanğın baş verən anbarın daxilində söndürülmə işləri əməkdaşlar tərəfindən həyata keçirilir. Həmin anbarda müxtəlif təyinatlı mallar var. Hadisənin başvermə səbəbi isə hələlik məlum deyil. Bununla bağlı araşdırma aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək”.

Müxbir - Günel Türksoy

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
51
2
azertag.az

3Источники