RU

Zelenski atəşkəsdən sonra gecə hücumu ilə bağlı: Rusiya atəşkəsi dayandırdı

Ukraynaya 200-dən çox hücum dronu ilə həmlə olub.

Herbiand.az xəbər verir ki, bunu  Prezident Vladimir Zelenski bildirib.

Onun sözlərinə görə, bir neçə gün davam edən qismən sakitliyə son qoyan Rusiya olub və Ukrayna da bunun cavabını verəcək.

Dövlət başçısı hücumlar nəticəsində olanlərində olduğunu bildirib.

“Rusiyanın bütün hərəkətlərinə necə cavab verəcəyimizi müzakirə etdik. Rusiya bu müharibəyə son qoymalıdır və əsl, davamlı atəşkəsə doğru addım atmalı olan Rusiyadır. Bu baş verənə qədər Moskvaya qarşı sanksiyalar zəruridir və qüvvədə qalmalı və gücləndirilməlidir. Vəziyyətin zəifləməməsi və tərəfdaşlarımızın kənarda qalmaması, təhlükəsizlik, ədalət və davamlı sülh üçün birlikdə işləməyə davam etməsi vacibdir.”

Избранный
65
herbiand.az

1Источники