RU

Çində baş verən yanğında 5 nəfər ölüb

Hunan əyalətində (Mərkəzi Çin) yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi yerli fövqəladə hallar idarəsinə istinadən məlumat yayıb.

Yanğın mayın 12-si səhər saatlarında Henyan şəhərinin Yanfen rayonunda baş verib. Zərərçəkənlərə tibbi yardım göstərilir. Yanğının səbəbi araşdırılır.

Избранный
1
1
far.az

2Источники