RU

Türkiyə ilə bank və sığorta sektorunda risklərin qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 may, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumu və Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Qurumunda işgüzar səfərdə olub.

AMB-dən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində bank və sığorta sektorunda ƏL/TMM sahəsində risklərin qiymətləndirilməsi, nəzarət tədbirlərinin, o cümlədən yerində və kənardan yoxlamaların həyata keçirilməsi metodologiyası, risk-əsaslı nəzarət yanaşması, bu istiqamətdə sanksiyaların tətbiqinə dair geniş müzakirələr və təcrübə mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
29
1
azertag.az

5Источники