Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Hindistanın magistral yolunda video çəkmək istəyən gənclərin əyləncəsi faciə ilə bitib. Magistralın ortasında rəqs edərək sosial şəbəkə üçün görüntülər hazırlayan qrupa sürətlə gələn avtomobil çırpılıb.Demokrat.az xəbər verir ki, dəhşətli qəza anı saniyə-saniyə kameraya düşüb. Videoda gənclərin yolun hərəkət hissəsində çəkiliş apardığı vaxt idarəetmədən çıxan maşının onları vurduğu görünür. Hadisə nəticəsində xeyli yaralının olduğu bildirilir.Yerli hakimiyyət orqanları tərəfindən verilən məlumatda qeyd olunur ki, sürücülər və piyadalar üçün təhlükə yaradan bu cür çəkilişlərə qarşı dəfələrlə xəbərdarlıq edilib. Lakin qadağalara baxmayaraq, bənzər hadisələr ölkədə mütəmadi olaraq təkrarlanır. Hazırda faktla bağlı araşdırmalar davam edir.Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.