RU

Yermakın evində axtarış aparıldı


Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) müstəntiqləri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin keçmiş rəhbəri Andrey Yermakın evində axtarış aparıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak “Telegram” kanalında məlumat yayıb.
Parlament üzvünün sözlərinə görə, indi onlar Yermak barədə qətimkan tədbiri müəyyən etmək üçün məhkəmə iclasını gözləməlidirlər.
O, məsələ ilə bağlı məhkəmə iclasının vaxtının hələ məlum olmadığını bildirib.
Qeyd edək ki, mayın 11-i axşam Yermak çirkli pulların yuyulmasında iştirak etməkdə ittiham olunub.
Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) və Ukrayna Xüsusi Antikorrupsiya Prokurorluğunun (SAPO) “Telegram” kanallarında bildirildiyi kimi, Kiyev yaxınlığında dəbdəbəli mənzil tikintisi zamanı 460 milyon qrivna (10,5 milyon dollar) pulun yuyulmasında iştirak edən mütəşəkkil qrup aşkar edilib. Onun iştirakçılarından biri kimi Zelenskinin ofisinin keçmiş rəhbəri Andrey Yermakla bağlı da ittihamlar irəli sürülüb.
Избранный
71
yeniavaz.com

1Источники