Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.
Portuqaliya Primeyrasının 33-cü turu çərçivəsində dünən öz meydanında "Braqa" ilə 2:2 hesablı heç-heçə edən və Çempionlar Liqasına vəsiqə verən 2-ci pillədəki yerini "Sportinq"ə vermək məcburiyyətində qalan "Benfika"nın baş məşqçisi Joze Mouinyu gələcəyi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az-ın məlumatına görə, "Real Madrid"in "sükanı arxası"na keçəcəyi bildirilən mütəxəssis matçın ardından baş tutan mətbuat konfransında belə danışıb:
"İki həftə öncə də dediyim kimi, şənbə günü "Eştoril"lə səfər matçına çıxacağıq. Yəqin ki, bazar ertəsi müqavilə və ya gələcəyimə aid başqa suala cavab verə biləcəyəm".
Xatırladaq ki, "Sportinq" son turda öz meydanında "Jil Visente"ni yenə bilsə, "Benfika" ÇL-dən kənarda qalacaq.
Nihat
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.