RU

"Sülh siyasəti praktik addımlarla reallığa çevrilir" - Fariz İsmayılzadə

"Prezidentin siyasəti təkcə siyasi bəyanatlardan ibarət deyil. Bu siyasət eyni zamanda praktik addımlarla müşayiət olunur — sülhün şəhərlərdə, məhəllələrdə, kəndlərdə real şəkildə qurulması, həyatın həmin ərazilərə qayıtması, infrastrukturun bərpası, yeni nəqliyyat qovşaqlarının inkişafı və həmsərhəd zonaların yenidən dirçəldilməsi istiqamətində konkret işlər görülür. Mən bu məqamı məhz sülh prosesi ilə əlaqələndirmək istərdim. Çünki doğrudan da praktik addımlar atılır ki, sülh prosesi yerlərdə möhkəmlənsin və davamlı xarakter alsın".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fariz İsmayılzadə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada səsləndirdi.

"Toxunmaq istədiyim ikinci məsələ isə regionda baş verən regional və qlobal proseslərlə bağlıdır. Bildiyiniz kimi, bir neçə həftədən sonra Ermənistanda parlament seçkiləri keçiriləcək. Mənim fikrimcə, bu seçkilər çox böyük əhəmiyyət daşıyır. Çünki burada ya sülh tərəfdarları üstünlük qazanacaq, ya da revanşist qüvvələr ciddi müqavimət göstərəcəklər. Hazırda yeni Ermənistan modeli və yeni Ermənistan vizyonu uğrunda mübarizə gedir. Mövcud hakimiyyət Ermənistanı qonşuları ilə sülh münasibətləri quran bir dövlət kimi təqdim etməyə çalışır. Amma buna qarşı çıxan qüvvələr də var və bu seçkilər həmin qüvvələr üçün bəlkə də son şans hesab olunur ki, sülh prosesinin qarşısını ala bilsinlər.

Burada radikal müxalifət revanşist ideologiya ilə çıxış edərək sülh prosesinə müqavimət göstərir. Eyni zamanda Ermənistan diasporası da bu proseslərdə fəal iştirak edir. Təsadüfi deyil ki, son həftələr bəzi Avropa ölkələrində Azərbaycana qarşı qətnamələr qəbul olunur və bu qətnamələrin qəbulunda Ermənistan diasporasının və müxtəlif lobbi qruplarının birbaşa rolu hiss olunur".

Xədicə BAXIŞLI

 

Избранный
30
1
redaktor.az

2Источники