RU

İran bu məsələdə geri addım atmadı

ain.az, Milli.az portalına istinadən məlumat verir.

İran zənginləşdirilmiş uranın ölkədən çıxarılması variantını qəbul etmədiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında uranın zənginləşdirmə səviyyəsini özü azaltmağa hazır olduğunu vurğulayıb.

İran hökümətinə yaxın mənbələrin iddiasına əsasən, ABŞ tərəfi uranın zənginləşdirilməsinin mərhələli şəkildə dayandırılması üçün 20 illik müddət təklif edib. Lakin Tehran bu yanaşmanı qəbul etməyərək, prosesə müstəqil şəkildə nəzarət etmək niyyətində olduğunu bildirib.

Qeyd edilir ki, Vaşinqton yüksək səviyyədə zənginləşdirilmiş uranın Rusiyaya verilməsi variantını dadəstəkləməyib. ABŞ-in bu məsələdə alternativ olaraq üçüncü bir ölkənin iştirakını təklif etdiyi qeyd olunur. 

Asya

Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
25
news.milli.az

1Источники