ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Yaponiyanın Settsu şəhərində yol çöküb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıblar. Bildirilib ki, dünən saat 15 radələrində Koroen rayonunda bir yolda çuxur əmələ gəlib. Çuxurun həm diametri, həm də dərinliyi 3 metrdir.
Xoşbəxtlikdən ölən və ya xəsarət alan olmayıb, lakin ərazinin ətrafındakı 700 metrlik yol təhlükəsizlik məqsədilə mayın 13-dək nəqliyyatın hərəkəti üçün bağlanıb.
İlkin araşdırmalar nəticəsində müəyyən edilib ki, çuxur kanalizasiya xəttinin zədələnməsi nəticəsində yaranıb.
İbrahim Cəfərov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.