RU

Putindən Paşinyana açıq hədə: “Rusiya sərhəddə təxribat törədə bilər”

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa İttifaqının Siyasi Birliyinin İrəvanda baş tutan sammiti Kremli ciddi şəkildə qəzəbləndirib. 

Artıq Rusiyanın yüksək dövlət rəsmiləri ilə yanaşı, Prezident Vladimir Putin də bu məsələyə öz münasibətini bildirib. Kremlin rəhbəri İrəvanla bağlı çıxışında Ermənistanın Avropa Birliyinə daxil olması ilə bağlı referendum keçirilməsinin tərəfdarı olduğunu bildirib. 

O, bu məsələdə Paşinyan hakimiyyətinə ciddi mesaj çatdırıb: 

“Həm Ermənistan vətəndaşları, həm də onların əsas iqtisadi tərəfdaşı kimi mümkün qədər tez qərar verməyimiz düzgün olardı. Məsələn, referendum keçirmək”. Putin əlavə edib: 

"Bu, bizim işimiz deyil, amma prinsipcə, referendum keçirmək və Ermənistan vətəndaşlarından soruşmaq olduqca məntiqli olardı. Onların seçimi nə olacaq? Buna uyğun olaraq, biz müvafiq nəticələr çıxarar və yumşaq, ağıllı və qarşılıqlı faydalı “boşanma” yolu tutardıq". 

Putin, həmçinin Ermənistan və Ukrayna ilə paralellər aparıb: 

"Hamımız indi Ukrayna ilə nələrin baş verdiyini görürük. Bəs hər şey haradan başladı? Hər şey Ukraynanın AB-yə qoşulmaq cəhdi ilə başladı. Qeyd edək ki, son zamanlar Ermənistanda mövcud hakimiyyət Rusiya mediasının hədəfinə çevrilib. 

Ölkə mediasında qeyd olunur ki, Rusiya ilə uzun müddətdir ki, sıx münasibətlər saxlayan Ermənistan son illərdə Baş nazir Nikol Paşinyanın rəhbərliyi altında Moskvanın açıq-aşkar narazılığına səbəb olacaq hərəkətlər edir, Brüsselə getdikcə yaxınlaşır. 

Bəzi ekspertlər hesab edirlər ki, Prezident Vladimir Putin Ermənistanı açıq şəkildə təhdid edir, belə davam edərsə, Ukraynada atdığı addımı Ermənistanda da ata bilər. 

Ancaq politoloq Xəqani Cəfərli “Cebheinfo.az” – a şərhində bu məsələyə fərqli yanaşıb. Politoloq Ermənistana qarşı hərbi əməliyyatların qeyri-mümkün olduğunu bildirib: 

“Rusiyanın Ermənistana qarşı hərbi əməliyyatlar aparmaq imkanları yoxdur. Çünki Ermənistanla birbaşa sərhədi yoxdur. Bu baxımdan, Ermənistanda hərbi əməliyyatlar qeyri-mümkün görünür. Ya Gürcüstan, ya da Azərbaycan və İran üzərindən bunu etməlidir, bu da qeyri-mümkündür. 

Moskvanın ancaq Ermənistanda təxribat törətmək imkanları var. Güman ki, seçkilər ərəfəsində Ermənistanda hər hansı təxribata əl atsın və bundan yararlanmağa çalışsın. Hətta Rusiya Ermənistan-Azərbaycan sərhədində də təxribata cəhd edə bilər”. 

Ekspertin fikrincə, əsas istiqamətin yalnız buna yönələcəyi ehtimal olunur:

“Ermənistanda hərbi əməliyyat məsələsinə gəlincə, qeyd etdiyim səbəbdən dolayı bu variant mümkün deyil”. 

Yunis Abdullayev 

“Cebheinfo.az

 

Açar sözlər:

Paşinyan Xəqani Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
1
cebheinfo.az

2Источники