RU

Orxan Məmmədov vətəndaşları qəbul edib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov vətəndaşları qəbul edib.Missiya.Az KOBİA-ya istinadən xəbər verir ki, qəbul zamanı sahibkarların biznes fəaliyyəti, investisiya təşəbbüsləri, maliyyə resurslarına çıxış, dövlət dəstəyi mexanizmləri və digər məsələlərlə bağlı müraciətləri və təklifləri dinlənilib.O.Məmmədov sahibkarlara dövlətin biznes subyektləri üçün təqdim etdiyi mövcud dəstək alətləri barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.Qəbul zamanı sahibkarlar tərəfindən qaldırılan məsələlərin operativ həlli və biznes fəaliyyətinin dəstəklənməsi istiqamətində müvafiq tədbirlər görüləcək. Araşdırma tələb edən müraciətlər üzrə isə aidiyyəti qurumlarla birgə Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq işlər aparılacaq.

Избранный
45
missiya.az

1Источники