RU

İran XİN rəhbəri Ərakçi Nyu Dehlidə BRICS nazirlər toplantısında iştirak edəcək

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Ərakçi mayın 14-15-də Hindistanın paytaxtı Nyu-Dehlidə keçiriləcək BRICS ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak etməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə İran XİN-in nümayəndəsi Esmail Baqai “India Today” telekanalına müsahibəsində bildirib.

“Bildiyim qədər, nazir bu önəmli tədbirdə iştirak etməyi planlaşdırır”, – deyə o bildirib.

Baqai qeyd edib ki, İran və Hindistan BRICS və SƏTƏM üzvü olaraq “yüksək səviyyədə əməkdaşlıq və koordinasiya qurublar”. “Bu görüş bizim üçün böyük əhəmiyyət kəsb edir”, – deyə o vurğulayıb.

“Bundan əlavə, biz tədbirdə iştirak edəcək digər nazirlərlə ikitərəfli görüşlərin keçirilməsini də planlaşdırırıq”, – deyə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib.

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova əvvəlki brifinqdə bildirmişdi ki, BRICS ölkələrinin xarici işlər nazirlərinin toplantısında Rusiya XİN rəhbəri Sergey Lavrov da iştirak edəcək. Onun sözlərinə görə, strateji tərəfdaşlığın inkişafı üzrə növbəti addımlara xüsusi diqqət veriləcək; bu, eyni zamanda 2026-cı ilin sentyabrında Nyu-Dehlidə keçiriləcək 18-ci BRICS sammitinə hazırlıq kontekstində həyata keçiriləcək.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
32
icma.az

1Источники