RU

Bu ölkədə də hantavirus həyəcanı: 4 nəfər karantinə alındı

İtaliyada dörd nəfər hantavirusun yayılmasının qarşısını almaq üçün karantinə alınıb.

Azreform.info xəbər verir ki, bu barədə məlumatı İtaliya Səhiyyə Nazirliyi açıqlayıb.

Nazirliyin yaydığı məlumata görə, həmin şəxslərin heç birində hələlik hantavirus aşkarlanmayıb.

Bildirilir ki, onların hamısı "KLM" aviaşirkətinə məxsus Yohannesburq–Amsterdam reysi ilə uçan sərnişinlər olub. Məhz bu reysdən yoluxmuş qadın sərnişin endirilmişdi və o, sonradan həyatını itirib.

Niderland hakimiyyəti həmin reysin sərnişin siyahısını dəqiqləşdirib və məlum olub ki, onlardan dördü İtaliyaya gəlib.

Karantinə alınan şəxslərdən ikisi Cənubi Afrikada dəniz səfərini başa vuraraq vətənə qayıdan italiyalı dənizçilərdir. “Il Fatto Quotidiano” qəzetinin məlumatına görə, karantində olanlardan biri isə Cənubi Afrikadan olan turistdir.

Qeyd edək ki, hantaviruslar əsasən xırda məməliləri yoluxduran viruslar ailəsidir, lakin onlar insanlara da keçə bilər. Ağır hallarda yoluxmuş şəxslər ağciyər zədələnməsi, ürək çatışmazlığı və hemorragik qızdırma ilə üzləşirlər.

Həmidə İbrahimova

Избранный
18
1
azreform.info

2Источники