RU

Joze Mourinyo yenidən "Real Madrid"də:Tərəflər tam razılığa gəldilər

"Real Madrid" Joze Mourinyonun komandanın baş məşqçisi təyin edilməsi ilə bağlı yekun qərara gəlib. Tərəflər bütün məsələlərdə anlaşıblar və sövdələşmə tam olaraq bağlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə tanınmış insayder Saşa Tavolyeri öz sosial şəbəkə hesablarında məlumat paylaşıb.

Mənbənin sözlərinə görə, Mourinyonun "Real"ın sükanı arxasına keçəcəyi barədə rəsmi açıqlamanın gələn həftə veriləcəyi gözlənilir.

Xatırladaq ki, Joze Mourinyo 2010-2013-cü illərdə də "Real"ın baş məşqçisi olub. O dövrdə mütəxəssis Madrid klubu ilə İspaniya çempionluğunu, həmçinin ölkə Kuboku və Superkubokunu qazanıb. Hazırda Lissabonun "Benfika" komandasını çalışdıran mütəxəssisin "Real"a keçidinə media məlumatlarına əsasən klub tərəfindən razılıq verilib.

Избранный
42
1
redaktor.az

2Источники