RU

Ermənistanda seçki: Azərbaycan müşahidəçiləri İrəvana gedəcəklər?

"Beynəlxalq müşahidəçilik institutu kifayət qədər mürəkkəb mexanizmdir və burada fərqli iştirak formatları mövcuddur. 

Müşahidəçilər beynəlxalq təşkilatlar çərçivəsində, ikitərəfli əməkdaşlıq əsasında və ya vətəndaş cəmiyyəti xətti ilə prosesə qoşula bilərlər”. 

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fariz İsmayılzadə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada deyib.

O, Azərbaycan müşahidə heyətinin Ermənistanda 7 iyun tarixində keçiriləcək seçkilərdə iştirak ehtimalına münasibət bildirərək qeyd edib ki, hazırda iki ölkə arasında sülhə dəstək və qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində müxtəlif platformalarda təmaslar davam edir: 

"Parlament rəhbərləri, qeyri-hökumət təşkilatları və ekspert dairələri arasında əlaqələr saxlanılır. Parlament spikerlərinin dəfələrlə bir araya gəlməsi də bölgədə etimad mühitinin formalaşdırılmasına xidmət edir. 

Bununla belə, Ermənistandakı seçkilərlə bağlı müşahidə mexanizmlərinin hansı formatda tətbiq olunacağını indiki mərhələdə dəqiq söyləmək mümkün deyil". 

Избранный
74
cebheinfo.az

1Источники