Dortmund "Borussiya"sı yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, məlumatı "arılar"ın rəsmi saytı yayıb.
"Red Bull Zaltsburq"un 19 yaşlı mərkəz müdafiəçisi Joan Qadu heyətə qatılıb. Tərəflər müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlayıblar.
Yerli mətbuat bu keçidin "Borussiya"ya 19,5 milyon avroya başa gəldiyini bildirib.
Qeyd edək ki, Bundesliqadakı mübarizənin yekunlaşmasına 1 tur qalmış 70 xalla 2-ci sırada mövqe tutan Dortmund komandasının mövsümü bu pillədə yekunlaşdıracağı dəqiqləşib.
Nihat