Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov Türkiyə - Norveç oyununa təyinat alıb.
Apasport.az xəbər verir ki, bu barədə AHF-nin mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssis kişilər arasında DÇ-2027-nin Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində keçiriləcək görüşdə Avropa Həndbol Federasiyasının nümayəndəsi qismində fəaliyyət göstərəcək.
Türkiyə - Norveç oyunu mayın 16-da, Ankaranın "THF İdman Kompleksi"ndə keçiriləcək. Qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcəklər.
"Qarabağ" və "Bakı" məğlub olub
V turun matçları keçirilib
“Azəryol” belaruslu baş məşqçi ilə yeni müqavilə bağlayıb
İsgəndər Əsgərov Bolqarıstan - Türkiyə matçına təyinat alıb
Həndbol üzrə Azərbaycan çempionatlarında III turun oyunları keçirilib