RU

Dortmund Borussiya sı yeni vunderkind ovunda

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gənc istedadları kəşf edib dünya futboluna qazandırmaqla tanınan Dortmund "Borussiya"sı növbəti hədəfini müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, Almaniyanın məşhur "Bild" nəşrinin yaydığı məlumata görə, klub "Hertha Berlin"in 16 yaşlı ulduzu Kennet Eyxhornu heyətinə qatmağa çox yaxındır.

Dortmund təmsilçisi artıq gənc futbolçunun ailəsi və meneceri ilə ilkin razılığa gəlib.

Cud Bellinqem və Erlinq Holand kimi ulduzları yetişdirən "Borussiya" bu transferlə gələcək layihələrini davam etdirmək niyyətindədir. Eyxhornun yay transfer pəncərəsində rəsmən dortmundluların heyətinə qoşulacağı bildirilir.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
1
fanat.az

2Источники