RU

İngiltərəli müdafiəçi Çempionlar Liqasının finalında oynamayacaq

ain.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Arsenal"ın heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, müdafiəçi Ben Uayt sıradan çıxıb.

İngiltərəli futbolçu Premyer Liqanın 36-cı turunun "Vest Hem"lə səfər matçında (1:0) zədələnib. Uaytın sağ dizində zədə aşkarlanıb.

28 yaşlı sağ cinah müdafiəçisi UEFA Çempionlar Liqasının mayın 30-da PSJ ilə keçiriləcək final oyununda komandasına kömək edə bilməyəcək. İngiltərə millisinin üzvünün iyunda başlayacaq dünya çempionatında iştirakı da şübhə altındadır.

Qeyd edək ki, "Arsenal" Ben Uaytı 2021-ci ilin yayında "Brayton"dan 58,5 milyon avroya transfer edib. Təcrübəli oyunçu cari mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
1
sportal.az

2Источники