RU

Medianın İnkişafı Agentliyində “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masa təşkil edildi

12 may tarixində Medianın İnkişafı Agentliyi tərəfindən deputat və ekspertlərin iştirakı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masa təşkil edilib.Metbuat.az xəbər verir ki, dəyirmi masaya moderatorluq edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, regional və qlobal çağırışların geniş vüsət aldığı müasir dövrdə davamlı sülhün təmin olunması, təhlükəsizliyin möhkəmləndirilməsi və dayanıqlı inkişaf mühitinin formalaşdırılması dövlətlərin əsas prioritetlərindəndir. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl siyasət regionda əməkdaşlıq münasibətlərinin genişlənməsi, konstruktiv dialoqun inkişafı və uzunmüddətli etimad mühitinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov çıxışında beynəlxalq vasitəçilik təcrübələri və müasir geosiyasi reallıqlar kontekstində regional təhlükəsizlik məsələlərinə toxunub. Qeyd olunub ki, hazırkı mərhələdə regionda yeni əməkdaşlıq imkanlarının yaranması, kommunikasiya əlaqələrinin genişlənməsi və uzunmüddətli inkişaf üçün əlverişli siyasi mühitin formalaşması xüsusi aktuallıq kəsb edir.Milli Məclisin deputatı Fariz İsmayılzadə regionda müşahidə olunan geosiyasi gərginliklər fonunda Azərbaycanın irəli sürdüyü sülh təşəbbüslərinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, dialoq, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan yanaşmalar regionda davamlı sabitliyin təmin olunması baxımından xüsusi önəm daşıyır.Milli Məclisin deputatı Rizvan Nəbiyev qlobal təhlükəsizlik mühitində baş verən dəyişikliklər fonunda Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirakının və çoxtərəfli münasibətlərin inkişafına verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb. Bildirib ki, ölkəmizin həyata keçirdiyi balanslı və praqmatik siyasət müxtəlif tərəfdaşlar arasında etibarlı münasibətlərin qurulmasına, regional kommunikasiyaların inkişafına və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə xidmət edir.Tarixçi-alim Rizvan Hüseynov çıxışında qlobal təhlükəsizlik mühitinə təsir göstərən müasir çağırışlardan bəhs edib. Vurğulanıb ki, beynəlxalq münasibətlər sistemində humanitar yanaşmaların, mədəni dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsi dövlətlər arasında daha sağlam münasibətlərin qurulmasına və ortaq maraqlar əsasında əməkdaşlığın inkişafına imkan yaradır.

Dəyirmi masa çərçivəsində iştirakçılar tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın təşviqinə verdiyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə sülh gündəliyinin təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və cəmiyyətin düzgün məlumatlandırılması istiqamətində medianın rolunun vacibliyi qeyd olunub.

Избранный
12
18
metbuat.az

10Источники