RU

Astrologiyaya görə əsla yan yana gəlməməli bürclər

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Astrologiya dünyasında bəzi bürclər arasında cazibə nə qədər güclüdürsə, bəziləri arasında uyğunsuzluq da bir o qədər kəskindir. Elementlərin, idarəedici planetlərin və həyata baxışların toqquşması bəzən nə qədər səy göstərilsə də, “toksik” bir dövrə səbəb ola bilər.

Ölkə.az ulduz xəritəsinə görə əsla yan-yana gəlməməli, bir araya gəldikdə sanki fırtınaya dəvət çıxaran bürc cütlükləri təqdim edir:

1. Qoç və Xərçəng: Odla suyun savaşı

Bu iki bürcün bir araya gəlməsi emosional mina sahəsində gəzmək kimidir.

Niyə anlaşa bilmirlər?

Qoç səbirsiz, birbaşa danışan və bəzən düşünmədən hərəkət edən bürcdür. Xərçəng isə həssas, qoruyucu və ənənəvidir. Qoçun düşünülməmiş bir cümləsi Xərçəngin özünə qapanmasına və günlərlə davam edən küsülülüyə səbəb ola bilər.

Nəticə: Qoç azadlıq istəyərkən, Xərçəng həddindən artıq diqqət və güvən gözləyir. Bu isə tərəfləri bir-birindən sürətlə uzaqlaşdırır.

2. Buğa və Dolça

Buğa təhlükəsizliyi, vərdişləri və konkret addımları sevir. Dolça isə qaydaları dağıtmaq, daim dəyişmək və intellektual azadlıq üçün yaşayır.

Niyə anlaşa bilmirlər?

Buğa “evim, rahatlığım” deyərkən, Dolça “dünya, ictimai dəyişiklik və yenilik” deyir. Buğanın sahibkar davranışı azadlığı sevən Dolçanı boğur. Dolçanın gözlənilməzliyi isə Buğanın əsəblərini tarıma çəkir.

Nəticə: Hər iki bürc olduqca inadkar olduğu üçün mübahisələrdə ortaq yol tapmaq demək olar ki, mümkünsüzdür.

3. Əkizlər və Əqrəb

Zodiakın ən sosial bürcü Əkizlərlə sirli və dərin duyğuların bürcü Əqrəb... Bu münasibət adətən böyük cazibə ilə başlasa da, çox vaxt məyusluqla bitir.

Niyə anlaşa bilmirlər?

Əkizlər hər şeyi danışmaq, səthi yanaşmaq və flört etməyi sevir. Əqrəb isə sədaqət, dərin ehtiras və tam bağlılıq gözləyir. Əqrəbin qısqanclığı Əkizlərin bitməyən sosial çevrəsi ilə birləşəndə tam xaos yaranır.

Nəticə: Əqrəb nə qədər idarə etməyə çalışsa, Əkizlər bir o qədər uzaqlaşar.

4. Şir və Əqrəb

Hər iki bürc daxil olduğu mühitdə “lider” olmaq istəyir. Şir diqqət mərkəzində olmağı və alqışı sevir, Əqrəb isə kölgədən idarə etməyi və gücü əlində saxlamağı üstün tutur.

Niyə anlaşa bilmirlər?

Şir qürurludur, Əqrəb isə heç nəyi unutmur. Hər iki bürcün eqosu və manipulyasiya bacarığı güclüdür. Mübahisə zamanı geri addım atmaq onlar üçün məğlubiyyət sayılır.

Nəticə: Bu münasibət adətən güc savaşları və eqo toqquşmaları səbəbindən yıpranır.

5. Qız və Oxatan

Qız bürcü planlıdır, hər detalı diqqətlə araşdırır və mükəmməllik axtarır. Oxatan isə “iş yolda düzələr” fəlsəfəsinə inanır; plansız, macərapərəst və dağınıqdır.

Niyə anlaşa bilmirlər?

Qızın davamlı tənqid edən və düzəltməyə çalışan davranışı Oxatanın nikbinliyini və həyat enerjisini azaldır. Oxatanın məsuliyyətsizliyi isə Qız bürcündə daimi narahatlıq yaradır.

Nəticə: Oxatan Qızı darıxdırıcı hesab edərkən, Qız da Oxatanı etibarsız biri kimi görür.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
40
2
olke.az

3Источники