RU

Real Madrid də köklü dəyişiklik: 9 nəfər göndəriləcək

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

​"Real Madrid" klubunun transfer siyasətində ciddi təlatümlər yaşanır.

Milli.Az xəbər verir ki, klub rəhbərliyi həm təcrübəli ulduzlarla yolları ayırmağa, həm də gənc istedadların gələcəyi ilə bağlı qəti qərarlar verməyə hazırlaşır.

​Klubun müdafiə xəttinin iki önəmli siması üçün yolun sonu görünüb. Təcrübəli müdafiəçilər Alaba və Karvahal mövsüm sonunda komandanı tərk edəcəklər. Onların gedişi ilə müdafiədə böyük bir boşluğun yaranacağı gözlənilir.

​Rəhbərlik heyəti yeniləmək məqsədilə bir neçə oyunçunu satış siyahısına qoyub:

​Eduardo Kamavinqa: Klub fransalı yarımmüdafiəçini satmaq niyyətindədir.

Andrey ​Lunin: Ukraynalı qapıçı üçün gələn təkliflər dəyərləndiriləcək.

Dani ​Sebalyos: İspan yarımmüdafiəçi ilə yolların ayrılması planlaşdırılır.

​Qonzalo Qarsiya: Gənc oyunçunun satışına qərar verilib.

​Bəzi oyunçuların taleyi komanda yoldaşlarının zədələnməsindən sonra sual altına düşüb:

​Fran Qarsiya: Əslində satılması planlaşdırılsa da, Mendinin zədəsi rəhbərliyi bu qərardan daşındıra bilər.

Raul ​Asensio: Militaonun zədələnməsi səbəbindən onun satışı ilə bağlı hazırda ciddi şübhələr yaranıb.

​Gənc istedad Mastantuono isə təcrübə qazanması üçün başqa bir kluba icarəyə göndəriləcək.

​Bu köklü dəyişikliklərin "Real Madrid"in gələcək mövsümdəki çıxışına necə təsir edəcəyi azarkeşlər tərəfindən maraqla gözlənilir. (Offsideplus.az)

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
32
2
news.milli.az

3Источники