RU

Gürcüstandan gətirilən heyvanlar geri qaytarıldı


“Qırmızı Körpü” Qida təhlükəsizliyi nəzarəti məntəqəsində kliniki müayinədən keçirilən heyvanlarda şübhəli əlamətlər aşkarlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, mayın 12-də “Ana Vətən Aqro” MMC tərəfindən Gürcüstanın “Universal Business Company” şirkətindən idxal olunması nəzərdə tutulan ümumilikdə 134 baş kəsim üçün gətirilmiş diri iribuynuzlu heyvan Qırmızı Körpü” Qida təhlükəsizliyi nəzarəti məntəqəsində kliniki müayinədən keçirilib.
“Aparılan kliniki baxış zamanı 2 baş heyvanda şübhəli əlamətlər aşkarlanıb. Qeyd olunan kliniki əlamətlər heyvanlarda yoluxucu xəstəliklərin əlamətidir ki, bu hal təhlükəsizlik baxımından riskli hesab olunur. Mövcud riskləri nəzərə alaraq, heyvanların ölkə ərazisinə idxalına icazə verilməyib və bütövlükdə yük partiyası geri qaytarılıb”, - məlumatda vurğulanıb.
Избранный
27
3
yeniavaz.com

10Источники