ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransız məşqçi Bruno Jenezionun “Lill”dən ayrılma ehtimalı yüksəkdir.
İdman.Biz bu barədə “L'Équipe” qəzetinə istinadən məlumat verir.
Onun rəhbərliyi altında komanda 61 xalla Liqa 1-də üçüncü yerdədir və Çempionlar Liqasına vəsiqə qazanmağa yaxındır. Buna baxmayaraq, məşqçi əvvəllər təsdiqləmişdi ki, hazırda müqavilənin uzadılması barədə məlumat yoxdur; Jenesionun “Lill”lə müqaviləsi gələn yaya qədərdir.
Mənbənin məlumatına görə, "Lill" artıq Jenesionun yerinə potensial məşqçi axtarır. Əsas namizəd “Trua”dan Stefan Dümondur, lakin onun Liqa 1-ə yüksəldiyi klubdan ayrılması ehtimalı azdır. Başqa bir seçim isə əvvəllər “Yuventus”da çıxış edən Tiaqo Mottadır. Jenesionun növbəti təyinatı “Marsel” və ya “Nitsa” ola bilər.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.