Müğənni Xanhüseyn Hüseynov “Günə uğurla” verilişində kövrək anlar yaşayıb.
“Bəzi şeylərə heyifslənirəm. Düzdür, yadda qalan mahnılarım olub. Amma mən əslində muğam oxuyan idim. Kaş ki, “Çahargah”ım, “Segahım”m fondda qalardı. Mən onları etməmişəm. Gənclərə tövsiyə edirəm ki, ömrünüzü mənalı keçirin. Qalan elə o olacaq. Çox şeylər edə bilərdim, amma etməmişəm.
Rayonlarda bir gündə səhərə qədər mənə 4 dəfə “Çahargah” oxutdurublar. Saat 4-də “Segah” oxutdurublar ki, görək bunun səsi dayanacaqmı? Mən öz qədrimi bilməmişəm. İndi məni “Ya nəsib, ya qismət”, “O qara gözlərinə qəmzəsi yandırdı məni” mahnıları ilə tanıyırlar. Bunlar mənim üçün tum çırtlamaq kimi adi bir şey olub. Əsl əsərlər isə muğamlar idi. Gərək onları yazdırardım. Ona görə heyifsilənirəm”.