Şuşa şəhərinə giriş və çıxış istiqamətləri dəyişdirilir.
Publika.az Teleqraf.az-a istinadla xəbər verir ki, artıq 5 gündür ki, profilaktik tədbirlər həyata keçirilir, sürücülərə xəbərdarlıqlar edilir və maarifləndirici-təbliğat işləri aparılır.
Bildirilir li, Xankəndi şəhəri istiqamətindən Şuşa şəhərinə giriş İstiqlal küçəsi, şəhərdən çıxış isə 8 Noyabr küçəsi istiqamətində təşkil olunacaq.
Bununla yanaşı, qala divarlarının yaxınlığındakı yol və İstiqlal küçəsində yerləşən yol birtərəfli hərəkət üçün tənzimlənib.