Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes jurnalistlərə bildirib ki, ölkəsi ABŞ-nin 51-ci ştatı olmaq planında deyil.
Bakıvaxtı.az xəbər verir ki, bu açıqlama Prezident Donald Trampın bu ehtimalı "ciddi şəkildə nəzərdən keçirdiyi" barədə verdiyi açıqlamaya cavab olaraq edilib.
"Biz bütövlüyümüzü, suverenliyimizi, müstəqilliyimizi və tariximizi müdafiə etməyə davam edəcəyik. Venesuela müstəmləkə deyil, azad ölkədir", - deyə Rodriqes vurğulayıb.