RU

Qlobal sənaye istehsalının əsas xammalı hesab olunan mis bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyanın enerji şirkəti “E.ON” Böyük Britaniyadakı rəqibi “Ovo”nu satın alır.

Banco.az xəbər verir ki, qlobal sənaye istehsalının əsas xammalı hesab olunan mis kritik 14 min dollarlıq psixoloji həddi geridə qoyub.

ABŞ Prezidenti Donald Trampın İranla atəşkəs səylərinin “son nəfəsini verdiyi” ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, mis bazarındakı qiymət hərəkəti əmtəə bazarlarının əsas gündəm mövzularından birinə çevrilib.

Misin bu səviyyələrə yüksəlməsinin arxasında yalnız spekulyativ hərəkətlər deyil, real təklif-tələb balanssızlığı dayanır.

Hörmüz boğazındakı tıxanma neft emalı zavodlarında əlavə məhsul kimi əldə edilən kükürd daşımalarını demək olar ki, iflic edib. Xüsusilə Afrikadakı “Mis Kəməri”ndə — Zambiya və Konqo Demokratik Respublikasında yerləşən istehsal xətləri filizin ayrıştırılması üçün lazım olan sulfat turşusunun istehsalında bu kükürddən asılı vəziyyətdədir. Logistika sahəsində yaranan bu daralma qlobal mis təklifini birbaşa təhdid edir.

Çində sənaye fəaliyyətinin Ay təqvimi üzrə Yeni ildən sonra sürətlənməsi və dövlət dəstəyi ilə mis ehtiyatlarının artırılması qərarı fiziki tələbi canlı saxlayır.

Mis son dövrlərdə süni intellekt və enerji transformasiyası sahələrinə yatırımların artması fonunda ABŞ texnologiya səhmləri, xüsusilə “Nasdaq” ilə təxminən 90 faizlik korrelyasiya ilə hərəkət etməyə başlayıb. Məlumat mərkəzləri və elektrikli nəqliyyat vasitələrinin infrastrukturu üçün əvəzolunmaz sayılan bu metal artıq demək olar ki, “texnologiya əmtəəsi”nə çevrilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
17
1
banco.az

2Источники