RU

ABŞ da ev təsərrüfatlarının borcu 18,8 trilyon dollara çatıb

Banco.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ev təsərrüfatlarının borcu 18,8 trilyon dollara çatıb.

Banco.az xəbər verir ki, ABŞ-də ev təsərrüfatlarının borcu 2026-cı ilin birinci rübündə 0,1 faiz artaraq 18,8 trilyon dollara çatıb.

Nyu-York Federal Ehtiyat Bankı tərəfindən yayımlanan 2026-cı ilin birinci rübü üzrə Ev Təsərrüfatlarının Borcu və Kredit Hesabatına əsasən, amerikalıların ümumi ev təsərrüfatı borcu ilin ilk üç ayında əvvəlki rüblə müqayisədə 0,1 faiz artıb.

Birinci rübdə ev təsərrüfatlarının borcu rüblük müqayisədə 18 milyard dollar, illik müqayisədə isə 591 milyard dollar artım göstərib.

Amerikalıların ümumi ev təsərrüfatı borcunda ən böyük payı yenə də mənzil kreditləri tutub. İpoteka borcları ilin ilk rübündə 13,19 trilyon dollara yüksəlib.

Mənzil krediti borcları birinci rübdə əvvəlki rüblə müqayisədə 21 milyard dollar, illik müqayisədə isə 387 milyard dollar artıb.

Bu dövrdə amerikalıların ən çox borclandığı digər istiqamətlər 1,69 trilyon dollarla avtomobil kreditləri, 1,66 trilyon dollarla tələbə kreditləri və 1,25 trilyon dollarla kredit kartı borcları olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
44
1
banco.az

2Источники