RU

Ermənistan Rusiyadan “boşansa” da, “aliment” tələb etməyəcək – Parlamentin sədri Alen Simonyan

Ermənistan Parlamentinin sədri Alen Simonyan bildirib ki, Ermənistan hakimiyyəti Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmağı düşünmür.

“Belə bir məsələ bizim gündəmimizdə deyil.” – Alen Simonyan deyib. Simonyanın sözlərinə görə, İrəvan bütün mübahisəli məsələlər üzrə təşkilatın tərəfdaşları ilə məsləhətləşmələrə hazırdır. Ermənistan Parlamentinin sədri qeyd edib ki, Ermənistan dialoqa sadiqdir və tələb irəli sürmək niyyətində deyil. “Biz nəsə təklif edəcəyik, onlar başqa bir şey təklif edəcəklər. Bu, siyasətdir, evlilik və boşanma deyil. Bizim (boşanmaq – red.), aliment tələb etmək və ya uşaqları ayırmaq niyyətimiz yoxdur və biz bu cür müzakirələrə qarşıyıq.” – Alen Simonyan vurğulayıb.

Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Avrasiya İqtisadi Birliyi (AİB) ilə əlaqələrini dərhal kəsmək niyyətində deyil. Yerevan bu məsələ ilə bağlı müzakirələrə başlamaq niyyətində deyil.

//Samir Qurbanov, Editor.az

Избранный
134
40
editor.az

10Источники