RU

Pikap məktəbli avtobusuna çırpıldı Köməyə xilasedicilər gəldi VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pikap məktəb avtobusuna çırpılıb. Avtosfer.az xəbər verir ki, ABŞ-nin Medison dairəsində baş verən hadisə bir evin kamerası tərəfindən qeydə alınıb. Belə ki, 35 yaşlı sürücü idarə etdiyi pikapla hərəkətdə olan zaman məktəblini götürmək üçün dayanan avtobusa arxadan çırpılıb. Zərbənin təsirindən pikap avtobus altına girərək deformasiyaya uğrayıb.

Avtomobildə sıxılmış vəziyyətdə qalan pikap sürücüsü xilasedicilərin müdaxiləsi ilə çıxarılıb.

Qəza nəticəsində ümumilikdə 6 nəfər (avtobus sürücüsü, 2 azyaşlı məktəbli pikapda olan iki azyaşlı və sürücü) xəsarətlər alıblar. Yaralılar hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya aparılıblar.

Sözü gedən hadisənin anbaan görüntülərini təqdim edirik:

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
avtosfer.az

1Источники