RU

"Liverpul" onun üçün 60 milyonu gözdən çıxardı

İngiltərənin "Liverpul" klubu Portuqaliya təmsilçisi "Sportinq"in ulduz vingeri Fransisko Trinkao üçün ciddi addımlar atmağa başlayıb.

Fanat.Az xəbər verir ki, "CaughtOffside" nəşrinin yaydığı məlumata görə, "mersisaydlılar" yay transfer pəncərəsi öncəsi 26 yaşlı futbolçunu heyətinə qatmaqda israrlıdır. "Qırmızılar" hücumun həm cinahlarında, həm də mərkəzində çıxış edə bilən portuqaliyalı oyunçunu universal hücum variantı kimi görürlər. Lakin bu transferdə "Liverpul" tək deyil; Londonun "Çelsi" və "Arsenal" klubları da futbolçunun vəziyyətini yaxından izləyir. 

Statistik göstəriciləri ilə diqqət çəkən Trinkao cari mövsümdə Portuqaliya çempionatında keçirdiyi 32 oyunda 13 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
9
1
fanat.az

2Источники