Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Sabah”la “Zirə” arasında keçiriləcək kubokun final matçının baş hakimi müəyyənləşdi. Belə ki, oyunu “Football-plus.az”ın da güman etdiyi kimi, təcrübəli FİFA referisi Elçin Məsiyev idarə edəcək.Maraqlıdı, bəs, adı çəkilən ədalət təmsilçisi hansı komanda üçün daha düşərlidi? “Footbal-plus.az” bu suala cavab axtarmaq məqsədilə komandaların Məsiyevin idarə etdiyi matçlarını diqqətinizə çatdırır.Premyer-liqa1-ci tur. Sabah – Qarabağ 1:013-cü tur. İmişli – Sabah 0:326-cı tur. Zirə - Şamaxı 1:128-ci tur. Qarabağ – Sabah 0:130-cu tur. Zirə - Qəbələ 1:0Ölkə kuboku1/4 final. Zirə - Sumqayıt 2:0Göründüyü kimi, FİFA referisi hər iki komandanın 3 görüşündə iş başında olub. “Sabah” bu oyunların hamısında qələbə qazanıb, özü də ikisini “Qarabağ” üzərində. “Zirə” isə 2 qələbə, 1 “sülh”lə yadda qalıb. Hər halda, “bayquşlar”ın statistikası daha uğurludu. Ancaq “qartallar” da Elçin Məsiyevlə uduzmayıb.Kəsəsi, sabah mövsümdə ilk yaşanacaq: ya “Sabah”, ya da “Zirə” Elçin Məsiyevin idarə etdiyi matçda məğlubiyyətlə barışmalı olacaq. Əsas və ya əlavə vaxtda da olmasa, penalti seriyasında!KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.