Avropa İttifaqında vahid ordunun yaradılması təşəbbüsü gündəmə gəlib.
Musavat.com xəbər verir ki, bu təşəbbüslə İspaniya çıxış edib.
Politico nəşrinin məlumatına görə, ölkənin xarici işlər naziri bildirib ki, Avropa hər səhər oyanaraq ABŞ-nin bundan sonra nə edəcəyini düşünə bilməz. O vurğulayıb ki, Aİ daha müstəqil təhlükəsizlik və müdafiə siyasəti formalaşdırmalıdır.
Məlumata əsasən, təşəbbüs yalnız hərbi sahəni deyil, rəqəmsal təhlükəsizlik məsələlərini də əhatə edir. Avropa ölkələri Vaşinqtonun rəqəmsal xidmətlərdən təzyiq vasitəsi kimi istifadə etməsindən narahatdır və bu asılılığı azaltmağa çalışır.
Bildirilir ki, Brüssel və Aİ ölkələri 2030-cu ilə qədər müdafiə sahəsinə ümumilikdə 943 milyard dollar ayırmağı planlaşdırır.
Musavat.com