RU

Dünyanın ən populyar telefonu o oldu

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dünya texnologiya tarixində bütün zamanların ən çox satılan mobil telefonu məlum olub.Demokrat.az xəbər verir ki, bu barədə "BGR" nəşri məlumat yayıb.Siyahıya əfsanəvi "Nokia 1100" modeli liderlik edir. 2003-cü ildə təqdim edilən bu sadə düyməli telefon 250 milyon nüsxə ilə tarixin ən populyar cihazı statusunu qazanıb. Maraqlıdır ki, siyahının ikinci pilləsində də Finlandiya brendinin başqa bir modeli yer alıb. 2005-ci ildə işıq üzü görən "Nokia 1110" cəmi 2 milyon fərqlə geri qalaraq 248 milyonluq satış rəqəminə ulaşıb.Müasir smartfonlar arasında ən yüksək göstərici isə "iPhone 6" və "6 Plus" modellərinə məxsusdur. "Apple"ın bu cihazları 224 milyonluq satışla üçüncü yerdə qərarlaşıb. Ekspertlər "Nokia"nın bu uğurunu həmin dövrdə rəqabətin az olması və cihazın olduqca ucuz qiymətə, yəni cəmi 100 dollara satılması ilə əsaslandırırlar. Müqayisə üçün qeyd edək ki, o dövrün digər populyar modeli olan "Motorola Razr V3" təxminən 450 dollara təklif edilirdi.Hətta sensorlu telefonlar dövrü başladıqdan sonra da bu sadə modellər aktuallığını itirməyib. Məsələn, 2011-ci ildə təkcə Afrika qitəsində 50 milyondan çox insan hələ də "Nokia 1100" modelindən istifadə edirdi.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
126
1
demokrat.az

2Источники