RU

Hakan Fidandan qlobal iqtisadiyyatla bağlı xəbərdarlıq

Atəşkəsə alternativ müharibənin yenidən başlanmasıdır. Heç kim bu ssenarinin təkrarlanmasını istəmir. Çünki belə bir münaqişə qlobal iqtisadiyyata və enerji təhlükəsizliyinə ciddi zərər vurur.

AzNews.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” telekanalına müsahibəsində səsləndirib.

Nazirin sözlərinə görə, ABŞ ilə İran arasında aparılan danışıqlarda əsas prioritet atəşkəsin qorunub saxlanılmasıdır.

“Danışıqlar müəyyən irəliləyişlə davam edir. Proses mürəkkəb olsa da, tərəflər diplomatik təmasları davam etdirmək niyyətindədirlər”, – deyə Hakan Fidan bildirib.

Избранный
2
3
aznews.az

5Источники