RU

"Başıma pis hadisə gələcəyini hiss edirdim"

Xalq artisti Nazpəri Dostəliyeva başına pis hadisənin gələcəyini hər zaman hiss etdiyini bildirib.

Sənətçi bu barədə “Xəzər axşamı” verilişində danışıb:

“Başıma pis hadisə gələcəyini hər zaman hiss edirdim. Bu hadisənin baş verməsi həm də genlə bağlıdır. Uşağımın ata nəslində 40 yaşdan yuxarı yaşayan olmayıb. Düzdür, bunu ağlıma gətirmirdim, amma ürəyimə damırdı. Çünki qorxurdum, hiss edirdim ki, belə bir şey ola bilər”.

Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli 2021-ci ildə, 41 yaşında ürək çatışmazlığından vəfat edib.//Demokrat.az

Избранный
2
2
musavat.com

3Источники